AZ

8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Bakının 8 Noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, işlər Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturların iştirakı ilə aparılır.

Əraziyə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.

Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-nin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər.

Beləliklə, intensiv yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.

Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan dörd dəfə artıq olub.

Seçilən
14
6
bakivaxti.az

7Mənbələr