AZ

Türkiyədən Kubaya dəstək: üzən stansiya göndərildi

Türkiyə Kubaya üzən elektrik stansiyası göndərib.

Publika.az
xəbər verir ki, bu barədə NTV telekanlı məlumat yayıb.

Məlumata görə, Türkiyənin “Karpowership” şirkətinin elektrik enerjisi istehsal edən “Belgin Sultan” gəmisi Havana limanında lövbər salıb.

Mayeləşdirilmiş qaz və ya dizel yanacağı ilə işləyən bu elektrik stansiyası 76 MVt enerji istehsal edə bilir. “Karpowership” şirkəti Kotdivar, Qana, Mozambik, Seneqal, Braziliya və Dominikan Respublikası da daxil olmaqla bir neçə ölkədə xidmət göstərir.

Qeyd edək ki, ABŞ-ın yanacaq tədarükünə embarqo qoymasından sonra Kubanın elektrik şəbəkəsi böhranla üzləşib. Nəticədə həm məişət həyatında, həm də hava limanlarının fəaliyyətində problemlər yaranıb.

Asif

Seçilən
13
publika.az

1Mənbələr