AZ

Pakistan İran və ABŞ-yə atəşkəs planını təqdim edib

İran ilə ABŞ arasında müharibəni dayandırmaq məqsədilə iki mərhələli razılaşma planı hazırlanıb.

"Cebgeinfo az" xəvər verir ki, plan əvvəlcə atəşkəsin elan edilməsini, daha sonra isə genişmiqyaslı yekun razılaşmanın əldə olunmasını nəzərdə tutur.

Diplomatik mənbələrin məlumatına görə, tərəflər arasında toqquşmaların dayandırılması üçün hazırlanan plan çərçivəsində mühüm təmaslar həyata keçirilib.

Bildirilir ki, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-nin vitse-prezidenti və İranın xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirərək planı tərəflərə təqdim edib.

Hazırlanan plana əsasən, proses iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə tərəflərin atəşkəs elan etməsi, ikinci mərhələdə isə genişmiqyaslı razılaşmaya nail olunması hədəflənir. Planın bu gün qəbul edilməsinin vacib olduğu, təsdiqlənəcəyi təqdirdə isə prosesin operativ şəkildə işə salınacağı qeyd olunur.

Razılaşma layihəsində İranın nüvə silahı proqramından imtina etməsi, bunun müqabilində beynəlxalq sanksiyaların ləğvi və İrana məxsus dondurulmuş aktivlərin azad edilməsi kimi mühüm məsələlər yer alır.

Plan qəbul edilərsə, ilk addım olaraq atəşkəs elan olunacaq və qlobal enerji ticarəti baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazı yenidən gəmilərin hərəkətinə açılacaq. Tərəflərin iki həftə ərzində yekun razılaşmaya gəlməsi nəzərdə tutulur.

Planla bağlı danışan iranlı yüksək vəzifəli şəxs bildirib ki, Tehran Pakistanın təklifini alıb və sənəd hazırda nəzərdən keçirilir.

İranlı rəsmi əlavə edib ki, Tehran Hörmüz boğazını “müvəqqəti atəşkəs müqabilində” açmağa razı deyil və ABŞ-nin davamlı, uzunmüddətli atəşkəsə hazır olduğuna inanmır.

Seçilən
13
cebheinfo.az

1Mənbələr