
Aprelin 1-də Sumqayıt şəhərində 3-cü mərtəbədə yaşadığı evin pəncərəsindən yıxılan qız vəfat edib.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü F.İsayevanın həyatını xilas etmək mümkün olmayıb.
O, tibbi yardıma baxmayaraq, aprelin 4-ü saat 07 radələrində xəstəxanada ölüb.
Qeyd edək ki, hadisədən bir müddət əvvəl Fəxriyyənin anası vəfat edibmiş. O, orta məktəbin 10-cu sinfində təhsil alırdı. Faktla bağlı araşdırmalar davam etdirilir.