AZ

Xızıda köməksiz vəziyyətdə qalan sakinlərin xilas edilməsinə başlanılıb

Samur-Abşeron kanalının daşması nəticəsində Xızı rayonunun Sitalçay kəndində köməksiz vəziyyətdə qalan sakinlərin xilas edilməsinə başlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, son günlər ölkə ərazisində müşahidə olunan təbii fəlakət xarakterli hava şəraiti və normadan dəfələrlə artıq yağan yağıntılar nəticəsində bir sıra ərazilərdə çətin vəziyyət yaranıb.

Məhz normadan dəfələrlə artıq yağan güclü yağışların yaratdığı təbii fəlakət səbəbindən Samur-Abşeron kanalında suyun səviyyəsi yüksələrək daşma baş verib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə cəlb olunub və hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində əməliyyatlar həyata keçirilir.

Xilasetmə işləri davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr