AZ

Prezident: Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir  

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 30 mart – 5 aprel tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 83, tankəleyhinə 34 mina və 2 254 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 2278,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr