AZ

Konstitusiya Məhkəməsinin şərhləri keçmiş qərarlara şamil oluna bilər?

Konstitusiya Məhkəməsinin şərhləri keçmiş qərarlara şamil oluna bilər?

Konstitusiya Məhkəməsi məhkəmələrin qanunvericilik şərhlərini yalnız gələcək işlərdə tətbiq etməsi ilə bağlı mövcud hüquqi boşluğa aydınlıq gətirib.

Bu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında əksini tapıb. Plenum bildirib ki, hazırda Konstitusiya Məhkəməsi tərəfindən verilən qərarların şərhləri yalnız sonrakı işlərdə əsas kimi istifadə olunur.

Vurğulanıb ki, əgər həmin şərhlər köhnə işlərdə şəxslərin hüquqlarının qorunmasına xidmət edirsə, bu işlərə yenidən baxılması mümkün olmalıdır.

Ombudsmanın sorğusu əsasında müzakirə olunan məsələdə Konstitusiya Məhkəməsi hüquqi boşluğun aradan qaldırılması üçün Milli Məclisə qanunvericilikdə dəyişiklik tövsiyə edib. Qeyd olunub ki, Konstitusiya Məhkəməsinin şərh qərarları məhkəmə işlərinə yenidən baxılması üçün əsas kimi tanına bilsin.

Bildirilib ki, bu yanaşma insan hüquqlarının müdafiəsini gücləndirir, ədalətli məhkəmə araşdırmasının təminatını artırır və konstitusiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların qorunmasına xidmət edəcək.

Seçilən
15
afn.az

1Mənbələr