AZ

Albares: Hər şey müharibənin bütün cəbhələrdə davam edəcəyini göstərir

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, mövcud şəraitdə ABŞ–İsrail və İran arasında vasitəçilik real görünmür və Yaxın Şərqdə münaqişələrin bütün cəbhələrdə davam edəcəyi ehtimal olunur.

Turkustan.az xəbər verir ki, Albares İspaniya dövlət televiziyası RTVE-yə müsahibəsində ABŞ və İsrailin İrana hücumlarını, eləcə də regiondakı gərginliyi dəyərləndirib.

Nazir vurğulayıb ki, mövcud vəziyyət müharibənin genişlənəcəyinə işarə edir və hazırda tərəfləri danışıqlar masasına qaytarmaq üçün real imkan görünmür.

Onun sözlərinə görə, effektiv vasitəçilik həm İranın, həm də ABŞ-ın iştirakını tələb edir. Bu iştirak olmadan Hörmüz boğazının açılması və gərginliyin azaldılması olduqca çətin hesab olunur.

Albares əlavə edib ki, Yaxın Şərqdə uzun illərdir davam edən münaqişələrin daha da yayılması riski artır və bu proses artıq təkcə regiona deyil, qlobal iqtisadiyyata da ciddi təsir göstərir.

Sonda o qeyd edib ki, İspaniya müharibəyə qarşıdır və danışıqların bərpasını, eləcə də gərginliyin azaldılmasını dəstəkləməyə davam edəcək.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
1
turkustan.az

2Mənbələr