AZ

"TuranBank" və ITFC arasında yeni kredit sazişi imzalanıb

"TuranBank" və ITFC arasında yeni kredit sazişi imzalanıb

Azərbaycanın aparıcı banklarından biri olan "TuranBank" ASC ilə İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzv olan Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 10 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.

Saziş beynəlxalq ticarət əməliyyatları üçün maliyyələşmə həllərini şaxələndirməyi, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını artırmağı hədəfləyir.

Strateji tərəfdaşlığın əsas məqsədi ölkələrarası idxal-ixrac əməliyyatlarını genişləndirmək, Azərbaycanda beynəlxalq ticarət fəaliyyətini stimullaşdırmaq, habelə özəl sektorun maliyyə resurslarına əlçatanlığını təmin etməkdir. Saziş çərçivəsində ayrılmış vəsait yerli müəssisələrin ixrac potensialının gücləndirilməsinə və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafının dəstəklənməsinə yönəldiləcək.

ITFC-nin Əməliyyat üzrə Baş Direktoru Nazim Noordali: "TuranBank ilə qurulan tərəfdaşlıq, üzv ölkələrdə dayanıqlı iqtisadi artımın hərəkətverici qüvvəsi olan özəl sektorun və KOS-ların rolunun möhkəmləndirilməsinə dair davamlı öhdəliyimizin bariz nümunəsidir. Bu əməkdaşlıq İslam maliyyələşdirmə həllərinin miqyasını genişləndirəcək".

TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev: “ITFC ilə imzaladığımız bu saziş ölkənin ticarət dövriyyəsinin canlandırılmasına xidmət edir. Sözügedən maliyyə xətti müştərilərimizə daha çevik ticarət həlləri təklif etməyə və onlara qlobal bazarlarda geniş imkanlar yaradacaqdır”.

TuranBank haqqında:TuranBank ASC 1992-ci ildə təsis edilib. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən bank, 33 illik fəaliyyəti ərzində şəffaflıq və etibarlılıq prinsiplərinə sadiqliyi ilə seçilir. Ətraflı məlumat üçün: www.turanbank.az

ITFC haqqında:Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) IsDB Qrupunun üzvüdür. 2008-ci ildən fəaliyyət göstərən qurum, üzv ölkələrin ehtiyacları üçün 92 milyard dollardan çox maliyyə vəsaiti ayıraraq ticarət həllərinin aparıcı təminatçısına çevrilib.

Seçilən
4
5
afn.az

10Mənbələr