AZ

“Barselona”da daha 2 itki

“Barselona” “Atletiko”nu 2:1 hesabı ilə məğlub etdiyi oyunda iki aparıcı üzvünü itirib.

Msport.az xəbər verir ki, müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Mark Bernal zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olublar.

Arauxonun sol bud nahiyəsində yüngül əzələ zədəsi aşkarlanıb. Uruqvaylı müdafiəçinin vəziyyətinin ciddi olmadığı və onun Çempionlar Liqasında yenidən “Atletiko”ya qarşı keçiriləcək matça hazır olacağı bildirilir.

Mark Bernalın durumu isə nisbətən mürəkkəbdir. Gənc yarımmüdafiəçinin sol topuq nahiyəsində dartılma müəyyən edilib. Klub onun bərpa müddəti ilə bağlı dəqiq vaxt açıqlamayıb və hər şeyin müalicə prosesindən asılı olacağını vurğulayıb.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Barselona” və “Atletiko” arasındakı ilk qarşılaşma aprelin 8-də keçiriləcək.

Seçilən
7
1
msport.az

2Mənbələr