Qərb ölkələri enerji təchizatının şaxələndirilməsində gecikdilər və enerji böhranının miqyasını anlamadılar.
Publika.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF ) rəhbəri və Rusiya Prezidenti Vladimir Putinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev “X” sosial media platformasında bildirib.
"Onlar özlərinə yalnız bir sual verməlidirlər: niyə amansızcasına yanlış istiqamətdə irəliləməyə davam edirlər?. Bu da Avropa Birliyi və Birləşmiş Krallığın özünü məhv etməsinə gətirib çıxarır. Özünüzü xilas edin!", - Dmitriyev yazıb.