AZ

İsrail iki SEPAH rəsmisini öldürdü

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı gecə əməliyyatında İnqilab Keşikçiləri Korpusunun iki yüksək rütbəli zabitinin öldürüldüyünü açıqlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Netanyahu bu barədə özünün “X” sosial hesabında məlumat paylaşıb. 

Onun sözlərinə görə, İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin 840-cı Bölməsinin komandiri Əsgər Bəkri əməliyyat zamanı öldürülüb.

O, Bəkrinin beynəlxalq səviyyədə yəhudi və İsrail hədəflərinə edilən hücumlara görə məsuliyyət daşıdığını qeyd edib. 

İsrail Baş naziri həmçinin, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat şöbəsinin rəisi Məcid Hadəminin öldürüldüyünə dair xəbəri təsdiqləyib. 

Netanyahu açıqlamasında İsrail vətəndaşlarını hədəf alanların bədəlini ödəyəcəyini bildirib.

O, İsrailin bütün cəbhələrdə əməliyyatlarını güc və qətiyyətlə davam etdirəcəyini vurğulayıb.

Seçilən
21
cebheinfo.az

1Mənbələr