
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri İsrail ilə əlaqəli olan növbəti konteyner gəmisinə qanadlı raketlə zərbə endirib.
AFN.az xəbər verir ki, bu barədə "Fars" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, hazırda gəmidə yanğın davam edir. Agentlik konteyner gəmisinin harada yerləşdiyi barədə dəqiq məlumat verməyib.
Qeyd edək ki, son dövrlər regionda gəmilərin təhlükəsizliyi ilə bağlı gərginlik artmaqda davam edir. Rəsmi qurumlar hələlik hadisənin baş verdiyi koordinatlar və itkilər barədə əlavə detalları açıqlamayıblar.