AZ

Ukrayna PUA-larla Rusiyanı MƏHV EDİR – Putin çətin vəziyyətdədir

Son iki həftə ərzində Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın neft infrastrukturuna qarşı uzaqmənzilli pilotsuz uçuş aparatları ilə zərbələri əhəmiyyətli dərəcədə artırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) analitikləri məlumat yayıb.

Məlumata görə, aprelin 4-dən 5-nə keçən gecə Rusiyanın Leninqrad vilayətində yerləşən Primorsk böyük neft ixrac limanı da hücuma məruz qalıb. Analitiklər bildirir ki, bu hücumlar təsadüfi deyil, sistemli kampaniyanın tərkib hissəsidir. Belə ki, son iki həftə ərzində Ukrayna qüvvələri Rusiyanın ən azı səkkiz neft və müdafiə infrastrukturu obyektinə zərbələr endirib.

ISW qeyd edir ki, Rusiyanın mövcud hava hücumundan müdafiə sistemlərinin məhdudluğu və min kilometrlərlə uzaqda yerləşən iri infrastruktur obyektlərinin qorunmasındakı çətinliklər Kremlin bu hücumların qarşısını effektiv şəkildə almasına mane olur.

Analitiklərin sözlərinə görə, Ukrayna qüvvələri Leninqrad vilayətindəki Primorsk və Ust-Luqa limanlarından tutmuş Başqırdıstandakı Ufa şəhərinə qədər 1700 kilometrdən çox məsafədə yerləşən hədəfləri vurub. Bəzi obyektlər isə bu müddət ərzində bir neçə dəfə hücuma məruz qalıb.

Ekspertlər hesab edir ki, hədəflərin geniş coğrafiyada yayılması və obyektlərin böyük ölçüsü Rusiyanın hava hücumundan müdafiə sistemlərinin effektivliyini azaldır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
34
1
konkret.az

2Mənbələr