AZ

Munir bütün gecəni Vens və Arakçı ilə danışıb Plan

ain.az, Axar.az saytına istinadən bildirir.

Pakistan ABŞ-İran müharibəsinə son qoymaq üçün Hörmüz boğazının açılmasını nəzərdə tutan plan hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Pakistan tərəfindən hazırlanan plan iki mərhələli yanaşma təklif edir: dərhal atəşkəs (bu, Hörmüz boğazının açılmasına imkan verəcək) və ardınca hərtərəfli razılaşma. Bu razılaşma 15-20 gün ərzində yekunlaşdırılacaq”, - məlumatda qeyd olunub.

Bildirilib ki, yekun razılaşmaya İranın sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş aktivlərin azad edilməsi müqabilində nüvə silahı istehsal etməmək öhdəliyi daxil olacaq.

“Röyters”in mənbəyə istinadla verdiyi məlumata görə, Pakistan ordusunun baş komandanı Asim Munir bütün gecəni ABŞ vitse-prezidenti Cey Di Vens, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Arakçı ilə əlaqə saxlayıb.

“Bütün elementlər bu gün razılaşdırılmalıdır”, - mənbə bildirib.

Lakin iki pakistanlı mənbənin məlumatına görə, diplomatik və hərbi əlaqələrin intensivləşməsinə baxmayaraq, İran hələ də plana razılıq verməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
axar.az

1Mənbələr