Bakı. Trend:
2026-cı ilin yanvar-mart aylarında İpoteka və Kredit ZəmanətFondunun (Fond) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 29,9milyon manat məbləğində 353 ipoteka krediti, o cümlədən, 12,2milyon manat məbləğində 115 adi ipoteka krediti və 17,7 milyonmanat məbləğində 238 güzəştli ipoteka krediti verilib.
Trend bubarədə Fonda istinadən xəbər verir.
Ümumilikdə, 2006-cı ildən bəri Fondun vəsaiti hesabına verilənipoteka kreditlərinin məbləği 3,8 milyard manata çatıb ki, bu da 57mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkanverib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkinödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etməkməqsədilə 01 aprel 2026-cı il tarixinə Fond tərəfindən 140,8 milyonmanat məbləğində 1497 ipoteka krediti üzrə zəmanət verilib.
Qeyd edək ki, Fondun vəsaiti hesabına verilən ipotekakreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələrtəşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payınadüşüb.
"İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarənölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsinihəyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AzərbaycanRespublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabınaipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditininverilməsi Qaydası”na uyğun olaraq, Fond 2026-cı ilin birincirübündə də əhalinin mənzil təminatının yaxşılaşdırılmasıistiqamətində fəaliyyətini davam etdirib", - məlumatda qeydedilib.