İran silahlı qüvvələri Amerika desant gəmisi və helikopter daşıyan USS Tripoli (LHA-7) gəmisini vuraraq onu Fars körfəzinin cənub sularına çəkilməyə məcbur edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat verib.
İranın dövlət televiziyası açıqlamaya istinadən bildirib ki, göyərtəsində 5000-dən çox dənizçi və dəniz piyadasının olduğu ABŞ ordusunun LHA-7 amfibiya hücum gəmisi (USS Tripoli - TASS) ildırım sürətli zərbələrə məruz qalıb. Daha sonra o, cənubi Hind okeanının dərinliklərinə çəkilməyə məcbur edilib.
Qurum, həmçinin İsrailə bağlı SDN7 konteyner gəmisinə zərbələr endirildiyini də açıqlayıb Gəminin vurulması barədə Fars xəbər agentliyi məlumat vermişdi.
Anar