AZ

Tramp Alkatraz həbsxanasını bərpa etmək istəyir  

ABŞ Prezidenti Donald Tramp 2027-ci il büdcəsinin bir hissəsi olaraq məşhur Alkatraz həbsxanasının yenidən açılması üçün Konqresdən 152 milyon dollar istəyib.

San-Fransiskoda Qızıl Qapı körpüsünün yaxınlığında yerləşən və "Qaya" kimi də tanınan bu ərazi bir vaxtlar Amerikanın ən məşhur həbsxanalarından biri hesab olunurdu və son illərdə turistik məkana çevrilib.

Tramp "Alkatrazı müasir və təhlükəsiz həbsxana kimi bərpa etmək" üçün vəsait istəyib və bu məbləğin ilk ilin xərclərini ödəməsi gözlənilir.

Eyni zamanda, bir çox ABŞ siyasətçisi Alkatrazı həbsxana kimi yenidən açmaq planına şübhə ilə yanaşıb.

Adadakı ciddi rejimli həbsxana 1963-cü ildə bağlanıb. Hazırda Milli Park Xidməti tərəfindən idarə olunur və turistik məkan kimi istifadə edilir.

Tələb ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr