AZ

Övladının dəfnində canlı yayım açan 9 uşaq atası nəzarətə götürülüb

Bakı. Trend:

Dövlət qurumları Sumqayıtda körpə övladının dəfni zamanıTikTok-da canlı yayım açan, cənazə ilə canlı yayım açıb sosialşəbəkələrdə yayan ailəni nəzarətə götürüb.

Bu barədə Trend-ə açıqlamasında Ailə Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlubildirib.

Onun sözlərinə görə, Sumqayıt şəhərində baş vermiş hadisə iləbağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətəgötürülüb və diqqətdə saxlanılır:

"Hadisə baş verən ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin, eləcə də yerli icra hakimiyyəti və Bəllədiyyənümayəndələri tərəfindən yerində baxış keçirilib. Ailənin mövcudvəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosialşəraiti ilə bağlı ilkin araşdırma aparılıb.

Məlumat verilib ki, hazırda zərərçəkmiş uşaqların müalicəsi tibbmüəssisələrində davam etdirilir və onların vəziyyəti həkimnəzarətindədir. Eyni zamanda qeyd olunur ki, baş verən hadisənindəm qazından zəhərlənmə ehtimalı araşdırılır və bu istiqamətdəmüvafiq yoxlamalar aparılır.

Qeyd edim ki, aparılan araşdırmaların nəticələrinə əsasənməsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı,valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə dahadiqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi,sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.
Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumatveriləcək", Teymur Mərdanoğlu vurğulayıb.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəmqazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanadaölüb. Beş uşaqdan üçünün müalicəsi hazırda xəstəxana şəraitindədavam etdirilir, üçünün vəziyyəti ağırdır.

Seçilən
5
4
az.trend.az

10Mənbələr