AZ

Azərbaycanlı yazıçıya həsr olunmuş reportaj Amerika mediasında dərc edilib

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Əməkdar jurnalist Bahəddin Həzinin görkəmli yazıçı-dramaturq Seyran Səxavətin 80 illik yubileyinə həsr olunmuş məqaləsi ABŞ mediasında yayımlanıb.

Bizimyol.info xəbər verir ki, “Dövlət Filarmoniyasında... Sevgi Etirafları” adı ilə yayımlanan məqalədə göstərilib ki, Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist Bahəddin Həzinin bu yazısı Bizimyol.info saytında yayımlanıb. “Maskomania News” redaksiya heyəti məqaləni ingilis dilinə tərcümə edərək, yenidən dərc edib.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi məqaləyə Amerikalı yazıçı, Nobel mükafatı laureatı Sinkler Lüisdən bir sitatla başlayır. Amerikalı yazar bir dəfə müşahidə etmişdi ki, insanlar tez-tez yazıçılarla görüşməyə can atırlarmış. Onlara elə gəlirmiş ki, yazıçı ilə görüşmək onun əsərlərindən daha cəlbedici ola bilər.

Müəllif vurğulayır ki, yazıçılar da eyni deyil. Bəzilərinin kitabları da, özləri də diqqətəlayiq deyil. Digərləri isə yazdıqları kitab səhifələrindəki qədər şəxsiyyət kimi də cəlbedicididir. Bəziləri isə hətta yazdıqlarını belə üstələyirlər.

Konkret Seyran Səxavətdən bəhs edən yazar vurğulayır ki, onunla görüşlərdə oxucularda iki fərqli təəssürat yaranır. Bir qrup düşünür ki, bu yazıçı yazdıqları qədər cəlbedicidir. Digər qrup oxucu isə hesab edir ki, o, yazdığı əsərlərdən də üstündür. Lakin heç kim onu adi, sıradan bir yazıçı hesab eləmir.

Müəllif Dövlət Filarmoniyasının zalında Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən keçirilən tədbirlə bağlı təəssüratlarını da yazıda qələmə alıb:

“Axşam boyu Seyran Səxavət qonaqları ilə birlikdə sanki Filarmoniyanın səhnəsində yeni bir əsər yaratdı. Ona ad vermək lazım gəlsəydi, bu yalnız bir söz ola bilərdi: Etiraf.

Bu, Seyran Səxavətin oxucularına — onların vasitəsilə isə öz xalqına — sevgisinin etirafı idi. Və qarşılığında, bu, xalqın Seyran Səxavətə olan sevgisinin etirafı idi. O axşam Filarmoniyanın zalında sevgi etirafları yazıçı ilə onu sevən insanlar arasında sanki havada dolaşırdı”.

Müəllim tədbirin aparıcısı, İctimai Televiziyanın əməkdaşı Saleh Bağırovun ustalığından da məqalədə bəhs edib:

“Bir sözlə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən həmin axşam yalnız yaddaşlarda deyil, həm də ürəklərdə, bəlkə də həyatlarda dərin iz buraxdı”.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
bizimyol.info

1Mənbələr