AZ

Azərbaycan çempionatında daha bir oyun vaxtında başlaya bilmir

Azərbaycan II Liqası XXI turunda təcili tibbi yardım maşını problemi yaşanır.

İdmanxeber.az-a verilən məlumata görə, əvvəlcə saat 15:00-da başlamalı olan “Göygöl” – “Ağdaş” matçı təyin edilmiş vaxtdan 40 dəqiqə gec başlayıb. Buna səbəb təcili tibbi yardım maşınının stadiona gec gəlməsidir.

Bənzər problem bu gün saat 15:30-da start götürülməli olan “Araz Saatlı” – “Ağstafa Gəncləri” oyunun da yaşanır. Qarşılaşmada hazırda təcii yardım maşını gözlənilir.

Əgər ev sahibi komanda problemi qısa vaxtda həll etməsə, matç keçirilməyəcək.

Seçilən
23
idmanxeber.az

1Mənbələr