AZ

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

ABB və Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ABB-nin yaydığı məlumatda bildirilir ki, müqavilə müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsini nəzərdə tutur.

Müqaviləyə ABB-nin İdarə Heyəti sədrinin müavini Nərgizxanım Biləndərli və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov imza atıb.

ABB ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin bu əməkdaşlığı ölkəmizdə müvafiq Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur.

Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin təşviqi və geniş müştəri kütləsinin, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin bu imkanlardan faydalanması məqsədilə illik 5 faiz dərəcəsi ilə 15 ilədək müddətə, 10 mln. AZN-dək məbləğdə güzəştli kreditlərin verilməsi imkanının yaradılması barədə razılığa gəliblər.

Həmçinin güzəştli kreditlərin verilməsi, onların şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinə nəzarət (monitorinq), geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığı ilə bağlı münasibətlərin tənzimlənməsi məsələləri də razılaşdırılıb.

Xatırladaq ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

ABBEnerji Məsələlərini Tənzimləmə AgentliyiABB enerji effektivliyi kreditiEnerji effektivliyi fonduenerji effektivliyi kreditləriABB güzəştli kreditenerji layihələri maliyyələşdirilməsienerji səmərəliliyi layihələriAzərbaycan enerji effektivliyi proqramıSamir AxundovNərgizxanım BiləndərliABB kredit imkanlarıenerji səmərəliliyi investisiyası15 ilədək kredit5 faiz kredit proqramı10 milyon AZN kreditkiçik və orta biznes kreditləriKOB enerji layihələriAzərbaycan enerji fonduenerji səmərəliliyi təşviqi
Seçilən
42
9
marja.az

10Mənbələr