AZ

Türkiyə vətəndaşı özünü “Məsih” elan etdi

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Karabük şəhərində yaşayan Mehmet D. “Məsih” olduğunu iddia edib.

Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, o, üçmərtəbəli evinin damına və hasarına “Məsih”, “Peyğəmbər”, “35”, “66” və “İsa” sözlərini yazıb.

Qonşularının xəbərdarlığından sonra hadisə yerinə polis və Karabük Bələdiyyəsinin İcra İdarəsinin əməkdaşları cəlb edilib.

Ondan damdan və hasardan yazıları silməsi tələb edilib. Mehmet D. boya ilə yazıları silib.

“Onlar yalançı Məsihləri ortaya çıxararaq məni nüfuzdan salmağa çalışırlar. Bu işin zarafatı yoxdur. Hara istəsəniz, gəlməyə hazıram” - Mehmet D. bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
yeniavaz.com

2Mənbələr