AZ

İran ABŞ nin münaqişənin həlli planına cavab hazırladı

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tehran Vaşinqtonun münaqişənin həlli təklifinə cavab hazırlayıb.

Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“Bir neçə gün əvvəl İrana ABŞ-nin 15 maddəlik planı da daxil olmaqla Pakistan və digər dost ölkələr vasitəsilə çatdırılan təkliflər təqdim edildi. Biz o zaman bu cür təkliflərin ifrat, qeyri-adi və məntiqsiz olduğunu bildirmişdik. Buna görə də, maraqlarımıza və mülahizələrimizə əsaslanaraq, öz tələblərimizi formalaşdırdıq”, - İsmayıl Bəqayi qeyd edib.

Bəqayi həmçinin qeyd edib ki, Tehran nə istədiyini və hansı qırmızı xətlərin olduğunu əvvəlcədən bilib.

“Müzakirələrin əvvəlindən cavablarımızı hazırladıq. Lazım gəlsə, onların məzmununu açıq şəkildə bildirəcəyik”, - deyə XİN rəsmisi əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
yeniavaz.com

2Mənbələr