AZ

Trampdan İrana son xəbərdarlıq: Hörmüz boğazı açılmasa, enerji obyektləri vurulacaq

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İrana qarşı irəli sürdüyü ultimatumun müddətini yenidən dəyişib. Amerika lideri Tehrana Hörmüz boğazını tam açmaq üçün çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00-a qədər vaxt verib, əks halda enerji infrastrukturunun hədəfə alınacağını bildirib. Eyni zamanda, "Reuters” yazır ki, tərəflər əvvəlcə atəşkəs elan edə, daha sonra isə yekun razılaşma imzalaya bilər.

Politoloq Rusif Məmmədsoy AZXEBER.COM-a açıqlamasında deyib ki, hazırda müharib ən şiddətli mərhələlərindən birindədir:

"Hazırda İran-İsrail müharibəsi ən şiddətli mərhələlərindən birindədir. İrana endirilən şiddətli zərbələr formasında İran da Körfəz ölkələrinə, yəni ABŞ müttəfiqlərinə yönəlik raket zərbələrini davam etdirir. Fevralın 28-dən başlayan bu müharibədə raketlərin atılması baxımından arada ciddi bir say  da yaranıb. Məsələn, İran ilk mərhələdə təxminən 300-400 arasında raket zərbəsi endirirdisə, artıq bu rəqəmlərin aşağı düşdüyünü də şahidi oluruq”.

Ekspert qeyd edib ki, hazırda atəşkəsin olması mümkünsüz görünür:

"İndiki mərhələdə atəşkəslə bağlı hər hansı razılığa gəlinəcəyini düşünmürəm. Çünki atəşkəsin əsas şərtlərindən biri tamamilə uranın zənginləşdirilməsinin dayandırılmasıdır. Rejimin dəyişdirilməsi məsələsi ilk mərhələdə önə çıxarılmışdırsa, indiki vəziyyətdə bəlkə də fərqli formatda onu müzakirə etmək olar. Ancaq bu məsələdə ABŞ və İsrail arasında da ciddi fikir ayrılıqlarının olduğunu müşahidə edirik. Fevralın 28-nə qədər Omanın vasitəçiliyi ilə keçilən görüşlərdə müəyyən müsbət nəticələrin olması ilə bağlı mesajlar gəlirdi. Ancaq bütün hallarda İsrail bu məsələdə həlledici faktordur. İndiki reallıqlar əsasında rejim tamamilə dəyişdirilmədən ABŞ və İran arasında hər hansı razılaşmanın olması real deyil”.

O bildirib ki, tərəflər arasında razılaşmalardan sonra İranda etirazlar başlaya bilər:

"Əgər həqiqətən də razılaşma olarsa, İranın əsas problemləri bundan sonra başlayacaq. İnfrastrukturun dağılması, İran istiqamətində atılan addımların nəticələr verməsi ölkədə etirazçıların ayağa qalxmasına səbəb ola bilər”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
azxeber.com

1Mənbələr