AZ

İranın Qırmızı Aypara Cəmiyyəti humanitar yardımlara görə Azərbaycana təşəkkür edib

Bakı. Trend:

İranın Qırmızı Aypara Cəmiyyəti İrana göstərilən humanitaryardımlara görə Azərbaycana təşəkkür edir.

Trend-inməlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti sədrininbeynəlxalq məsələlər üzrə müavini Raziyə Alişvəndi yerli mediayaaçıqlamasında deyib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycan, Rusiya, Hindistan,Çin, Dağıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və İraqdanİrana humanitar yardımlar göndərilib.

Alişvəndi humanitar yardımların quru sərhədlər vasitəsi iləölkəyə göndərildiyini qeyd edib.

Cəmiyyət rəsmisi bildirib ki, İran heç bir beynəlxalq təşkilatavə yaxud ölkəyə humanitar yardımlarla bağlı müraciət etməyib vəölkələr könüllü şəkildə İrana yardımlar edib.

“Yerli potensialdan əlavə ölkələrin göndərdiyi köməklərdənistifadə olunur. İran bu ölkələrə, dövlətləri və xalqlarınatəşəkkürünü bildirir”, - deyə o qeyd edib.

Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və İranPrezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baştutmuş telefon danışığına uyğun olaraq Azərbaycan İrana humanitaryardımlar göndərib. Məqsəd qonşu və dost İran xalqının mövcudehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Azərbaycan İranaindiyə qədər üç dəfə humanitar yardım göndərib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Seçilən
14
3
az.trend.az

4Mənbələr