AZ

İsrail ordusu SEPAH-ın Qüds qanadının komandanını öldürdü

İsrail ordusu bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha bir yüksəkrütbəli hərbçisini öldürüb.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, SEPAH-ın Qüds qanadının 840-cı bölməsinin komandanı Əsğər Baqeri də zərərsizləşdirilib.

İsrail lideri bildirib ki, Baqeri dünyanın müxtəlif yerlərində israillilərə qarşı həyata keçirilən hücumlara görə məsuliyyət daşıyıb.

"Biz qətiyyətli şəkildə hərəkət edirik. Bizə zərər verməyə çalışan günahkarı tapacağıq. Təhdid aradan qaldırılana və məqsədlərə çatana qədər bütün qüvvəmizlə fəaliyyətimizi davam etdirəcəyik", - deyə Netanyahu bildirib.

Seçilən
15
moderator.az

1Mənbələr