AZ

"Sevilya" polisdən kömək istədi

style='margin-bottom:10px;'>

"Sevilya" La Liqanın 30-cu turunda "Real Oviedo"ya 0:1 hesabı ilə məğlubiyyətdən sona xoşagəılməz halla qarşılaşıb.

QOL.az COPE-yə istinadən xəbər verir ki, səfər oyunundan qayıdan komandanı hava limanında bir qrup "Sevilya" azarkeşi qarşılayıb.

Azarkeşlər oyunçulara "Çıxın, gedin, ay axmaqlar!" kimi ifadələr qışqırıblar. Onlar həmçinin klub prezidenti Xose Mariya del Nido Karraskoya "Ya öl, ya da özünü göstər, qorxaq!" deyə səsləniblər.

Bəzi maska ​​taxmış azarkeşlər də oyunçularla görüşmək üçün məşq meydançasına toplaşıblar.

Məlumata görə, "Sevilya" gərginliyi sakitləşdirmək və gələcək hadisələrin qarşısını almaq üçün polisdən kömək istəyib.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr