AZ

Güney azərbaycanlılardan heyrətləndirən addım: Planlıdır, yoxsa gerçək?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranda yaşayan azərbaycanlıların son dövrlərdə Tehran rejimini müdafiə edən çıxışları müxtəlif suallar doğurur. Çoxları bunu gözlənilməz hadisə kimi qiymətləndirir. Müharibə müddətində İran hökumətinə dəstək məqsədilə keçirilən aksiyalarda güneylilərin aktivliyi diqqət çəkir.

Analitiklərin fikrincə, bu çıxışlar həm təbii, həm də müəyyən dərəcədə təşkilatlanmış ola bilər.

“İran azərbaycanlıları əksəriyyət etibarı ilə Tehran rejimini dəstəkləyir” tezisi nə dərəcədə obyektivdir?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız qəti şəkildə İran rejimini dəstəkləmir:

“40 ildən artıqdır ki, İran rejimi Güneyli soydaşlarımızın bütün haqlarını əlindən alıb. İnvestisiyalar onların yaşadığı regionlara deyil, farsların yaşadığı ərazilərə yönəldilib. Onlar təməl hüquqlarından məhrum olunub, hətta uşaqlara türk adı verilməsi belə qadağan edilib. İranda yaşayan hər bir azərbaycanlı fars rejiminin sərt ayrı-seçkilik siyasətinə məruz qalıb.

Məhəmməd Əsədullazadə

Təbriz və digər Güney Azərbaycan şəhərlərində əhali neytral mövqe sərgiləyir, lakin rejimin getməsini istəyir. Bir qrup insan, xüsusilə Bəsic üzvləri, İran rejimini dəstəkləyən çıxışlar edir. Onlar qəti şəkildə rejimi dəstəkləmir, sadəcə İsrail və ABŞ hücumlarına etiraz edirlər.

Bununla belə, rejimi tərifləyən çıxışlar əsasən SEPAH üzvləri və onların qohumları tərəfindən edilir. Təxminən 40 milyon azərbaycanlı İranın sərt siyasətinin qurbanıdır. Ona görə də bir qrupun çıxıb bütün azərbaycanlıların adından danışması yolverilməzdir”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr