GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Rusiyada oliqarxlar müharibənin xərclərini ödəmək üçün 12 saatlıq iş günü təklif edirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
“Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra oliqarx Oleg Deripaska həftədə altı gün olmaqla 12 saatlıq iş gününə keçməyi təklif edib.
O, bunu “milli xüsusiyyət” və “sanksiyalara tab gətirməyin yolu” kimi dəyərləndirib.
Faktiki olaraq söhbət müharibə xərclərinin adi insanların üzərinə qoyulmasından gedir — daha ucuz və ağır əmək hesabına”, – deyə yazılıb.
Bildirilib ki, bu ideya artıq Rusiya daxilində də dəstəklənir:
“Məsələn, akademik Gennadi Onişşenko belə iş rejiminin “normal” olduğunu bildirib. Görünür, Rusiyada yenidən “təhkimçilik sistemi” qaytarılır”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.