AZ

Bakıda torpaq almaq istəyənlər üçün vacib xəbər Su basmalar torpaq qiymətlərini dəyişdi?

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Son vaxtlar daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətlərinin arta biləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu iddialar xüsusilə alqı-satqı ilə maraqlanan vətəndaşlar arasında geniş müzakirələrə yol açıb.

Bəs Bakıda torpaq qiymətlərinin bahalaşması nə qədər realdır və bu prosesə təsir göstərən əsas faktorlar hansılardır?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hər il ənənəvi olaraq mart ayının sonundan avqust ayının sonuna qədər torpaq sahələrinə, fərdi yaşayış və bağ evlərinə tələbat artır.

Onun sözlərinə görə, son illər paytaxtda baş verən söküntülər nəticəsində evləri sökülən sakinlər əsasən Bakıətrafı ərazilərdə torpaq alaraq həmin sahələrdə fərdi yaşayış evləri inşa edirdilər: “Bu isə öz növbəsində əmlak bazarında torpaqlara tələbatın və satış qiymətlərinin artmasına səbəb olurdu. Lakin son günlər baş verən su basmaları nəticəsində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Bu hal xüsusilə bir sıra ərazilərdə qeydə alındığından, hazırda həmin bölgələrdə torpaq sahələrinə və fərdi yaşayış evlərinə tələbat azalıb”.

Ekspert qeyd edib ki, bu azalma əsasən su basmış ərazilərə aiddir, digər ərazilərdə isə torpaqlara tələbat sabit olaraq qalır və qiymət artımı mütəmadi davam edir: “Hazırda alıcılar daha çox çıxarışı olan torpaq sahələrinə üstünlük verirlər. Belə ki, çıxarışsız torpaqlarda mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evlərinin tikintisi mümkün deyil. Buna görə də vətəndaşlar əsasən çıxarışlı torpaqlar əldə etməyə çalışırlar ki, həmin sahələrdə qanuni şəkildə tikinti aparsınlar.

Məhz bu səbəbdən çıxarışlı torpaqlara tələbat və qiymət artımı digər torpaq sahələri ilə müqayisədə daha yüksəkdir”.

Oğuz Ayvaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr