AZ

OpenAI rəhbəri: Süni intellekt xəstəlikləri sağaldacaq, amma...

OpenAI rəhbəri: Süni intellekt xəstəlikləri sağaldacaq, amma...

Süni intellekt (Sİ) sayəsində bəşəriyyət bir çox xəstəlikləri sağalda bilsə də, bədxahların əlində bu texnologiya yeni patogenlərin yaradılması vasitəsinə çevrilə bilər.

AFN.az "Axios"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "OpenAI" şirkətinin rəhbəri Sem Altman xəbərdarlıq edib.

Hazırda bioloji tədqiqatlar üçün istifadə olunan qabaqcıl modellərin məhdud sayda "məsuliyyətli" şirkətlərin əlində olduğunu deyən sahibkar, tezliklə bu modellərin açıq istifadəyə verilə biləcəyini istisna etməyib.

"Modellər insanlara biologiya ilə yüksək səviyyədə məşğul olmağa kömək edəcək və bir sıra xəstəliklər sağalacaq. Lakin kimsə onlardan pis məqsədlər üçün istifadə etməyə çalışacaq. Yeni patogenlər yaradan terror qruplaşmalarının ortaya çıxması artıq nəzəriyyə olmaqdan çıxacaq", — deyə o, müsahibəsində bildirib.

Altmmanın fikrincə, bu ssenariyə təkcə şirkətlər deyil, bütün cəmiyyət hazır olmalıdır. O, texnologiyanın sürətli inkişafı fonunda təhlükəsizlik protokollarının və etik normaların gücləndirilməsinin vacibliyini vurğulayıb.

Seçilən
32
afn.az

1Mənbələr