AZ

Buluddağıdan toplar yenə lazım olacaq?

Sovet dövründə Azərbaycanda da buludlar toplarla süni şəkildə qovularaq müəyyən bölgələrə yönəldilirdi. 

Bu texnologiya yağış paylanmasını tənzimləmək və kənd təsərrüfatı üçün su təminatını artırmaq məqsədilə geniş istifadə olunurdu. Hazırda da regionlarda yağışın azlığı və torpağın suyu tez mənimsənməsi müşahidə olunur, eyni zamanda şəhərlərdə yağan yağışlar fəsadlar yaradır. 

Bəs niyə həmin üsuldan yenidən istifadə olunmur və bu texnologiya tətbiq oluna bilərmi? 

Ekoloq Qorxmaz İbrahimli “Cebheinfo.az”-a bildirib ki, Sovet dövründə buludların topla vurulmasına səbəb üzüm və pambıq yığımı mövsümündə yağışın qarşısını almaq, buludları dağıtmaq idi: 

“Bakı və Abşeron üçün yağıntının böyük faydası var. Ümumiyyətlə, hazırda bahar fəsli olduğu üçün yağışın yağması müsbət haldır. Yağan yağış torpağı canlandırır”.

Ekoloq qeyd edib ki, hazırkı dövrdə buludqovan toplardan istifadə edilmir və edilməsi də gözlənilmir.

Onun sözlərinə görə, fəsil dəyişkənliyinə görə bu cür yağışların yağması normal haldır. 

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr