Konstitusiya Məhkəməsində (KM) Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Yeni Sabah" xəbər verir ki, görüş zamanı konstitusiya ədalət mühakiməsinin rolu, hüquq sistemlərinin inkişafı, məhkəmə və prokurorluq institutları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər hüququn aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Telegram kanalımız