Hörmüz boğazının bağlanmasından sonra ABŞ-ın bəzi ştatlarında benzinin qiyməti bir qallon üçün 5 dolları keçib.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, küçələrə çıxan amerikalılar müharibəyə son qoyulmasını tələb edir və bu qiymət artımına etiraz edirlər.
Sosial mediada yayılan görüntülərdən birinə əsasən, amerikalı qadın avtomobilinin içində göz yaşları içində böhranı təsvir edib.
"Qallonu 5 dollar! Niyə bunu ödəyirəm? Niyə kirayə haqqı sürətlə artır? Mən yalnız işə getmək üçün benzin pulu ödəyirəm və bu iş isə sadəcə kirayə haqqımı ödəyir. Bu isə hələ başlanğıcdır”, - deyə o etirazını bildirib.