AZ

"İran-ABŞ müharibəsi inflyasiya və faizləri yüksəldə bilər" - JP Morgan

"JPMorgan"ın Ümumi Müdiri Jamie Dimon İran müharibəsinin neft və əmtəələrdə qiymət şoku yaradaraq inflyasiyanı artıra biləcəyini və faiz dərəcələrinin bazar gözləntilərinin üzərində yüksələ biləcəyini xəbərdar edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Dimonın bu gün səhmdarlara göndərilən məktubundakı xəbərdarlığından bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz Boğazını şənbə gecəsinə qədər açmaması halında Tehrana cəhənnəm yaşadacağı təhdidini irəli sürüb.


Müharibə səbəbiylə yaranan inflyasiya narahatlıqları ötən il bazarların tarixi zirvəyə çatmasından sonra bu il faiz azaldılması gözləntilərinin böyük ölçüdə azalmasına səbəb olub. "S&P 500" indeksi fevral ayının sonundan etibarən müharibələr və enerji qiymətlərindəki artışın təsiri ilə 2022-ci ildən bəri ən pis rüb performansını sərgiləyib.

Seçilən
19
manset.az

1Mənbələr