ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Göyçay rayonunda antisanitar vəziyyətdə olan binada yaranan problem sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-ın məlumatına görə, məsələ ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Göyçayda obyekt sahibinə xəbərdarlıq edildi - FOTO - VİDEO
Bildirilib ki, Mehdi Hüseynzadə küçəsində yerləşən keçmiş bank binasının girəcək hissəsi həm sanitar qovşaq, həm də zibilxana kimi istifadə olunur.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina hazırda istifadəsizdir.
"Keçmişdə bank binası olub. Obyekt sahibinə məxsus olduğu üçün ərazini obyekt sahibi özü təmizləməlidir. Amma buna baxmayaraq, məlumat daxil olan kimi Göyçay Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları əraziyə cəlb ediliblər. Aparılan tədbirlər nəticəsində ərazi təmizlənib və obyekt sahibinə xəbərdarlıq edilib", - deyə məlumatda vurğulanıb.





Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.