Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları dəyişib.
Moderator.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
İndiyə qədər qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən edilib:
|
Meyarlar |
Qiymətləndirilir (bal ilə) |
|
1. Mütəxəssis olduğu sahədə təcrübəsi |
0 – 35 |
|
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu |
0 – 20 |
|
3. Təhsili |
0 – 15 |
|
4. Maliyyə təminatı |
0 – 15 |
|
5. Daxili əmək bazarına müsbət təsiri |
0 – 10 |
|
6. Xarici dil bilikləri |
0 – 5 |
Dəyişikliyə əsasən, artıq qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən ediləcək:
|
Meyarlar |
Qiymətləndirilir (bal ilə) |
|
1. Mütəxəssis olduğu sahədə təcrübəsi |
0 – 55 |
|
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu |
0 – 20 |
|
3. Maliyyə təminatı |
0 – 15 |
|
4. Daxili əmək bazarına müsbət təsiri |
0 – 10 |