AZ

Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının seçim imtahanının I mərhələsi başlanır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 6 aprel, AZƏRTAC

Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasına seçim imtahanının birinci mərhələsi keçiriləcək.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, Respublika fənn olimpiadalarının informatika finalçıları və “Sabahın alimləri” layihə müsabiqəsinin kompüter elmləri, robotexnika və süni intellekt üzrə finalçıları Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında iştirak hüququ uğrunda mübarizə aparacaqlar.

Seçim imtahanın birinci mərhələsi aprelin 12-si saat 11:00-da CTF (Capture The Flag) formatında virtual şəkildə keçiriləcək. Sözügedən kateqoriyaya aid olan və yarışda iştirak etmək istəyən məktəblilər link vasitəsilə öz məlumatlarını təqdim edə bilərlər.

Qeydiyyat aprelin 10-dək davam edəcək.

Xatırladaq ki, son illər informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsas istiqamətlərindən birinə çevrilib. Məktəblilər arasında bu sahəyə marağın artırılması və ölkəmizin beynəlxalq arenada yüksək səviyyədə təmsil olunması üçün müvafiq olimpiada və müsabiqələrdə aktiv iştirak hər zaman diqqət mərkəzindədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
azertag.az

2Mənbələr