AZ

İranda “Hollivud süjeti”: Amerikalı pilotların inanılmaz xilası 

ABŞ-nin İranda vurulan F-15 təyyarəsinin ikinci pilotunun dünən bir növ macəra kimi xilas edilməsi lap Hollivud filmlərinin fantastik süjetini xatırladır. 

Ölkə.az xəbər verir ki, F-15 döyüş təyyarəsi vurulduqdan sonra, iki pilotun xilas edilməsi üçün ABŞ 200 xüsusi təyinatlı göndərib.  Təyyarənin birinci pilotu daha tez gündüz vaxtı tapılarar İran qüvvələrinin ağır atəşi altında xilas edilib. 

“ABC News”ün verdiyi xəbərə görə, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM)  xilas edilən yaralı pilotu və xüsusi təyinatlı qüvvələrin bölmələrini ölkədən Küveytə təxliyə etmək üçün əlavə üç təyyarə göndərməyə məcbur olub. Hətta Ameriak xüsusi təyinatlıları  xilasetmə əməliyyatı İran tərəfindən vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E qırıcı təyyarəsinin pilotunu xilas etmək əməliyyatı zamanı Amerika xüsusi təyinatlı qüvvələri  İranaın əlinə keçməsin deyə iki C-130 nəqliyyat təyyarəsini partlatmaq məcburiyyətində qalıb. 

Təyyarənin birinci pilotu daha tez – gündüz vaxtı və İran qüvvələrinin ağır atəşi altında xilas edilib. 

İkinci pilot isə yaralı olmasına baxmayaraq, dağlıq ərazidə 24 saatdan çox sağ qalıb. “Fox News” yazıb ki, hər iki pilot qəzadan sonra ABŞ qüvvələri fövqəladə kommunikasiya qurğuları ilə əlaqə yarada biliblər. ABŞ rəsmilərinin dediklərinə görə, pilotların arxasınca SEPAH və “Bəsic”in xüsusi birlikləri də düşüblər. Bunun üçün ABŞ-nin xilasetmə komandasına maneə yaratmağa cəhd edilib, amma İran birlikləri zərərsizləşdirilib.
ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) cümə günü İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Amerika qırıcı təyyarəsinin pilotlarının xilas edilməsini təsdiqləyərək bildirib ki, ABŞ İrandakı hədəflərə aktiv şəkildə zərbələr endirib.
Komandanlıq qeyd edib ki, İranda iki ayrı axtarış-xilasetmə əməliyyatı zamanı Amerika hərbçiləri təhlükəsiz şəkildə təxliyə edilib.

Bəyanatda deyilir: "ABŞ-ın İrana qarşı hücumları davam edir və ABŞ Mərkəzi Komandanlıq qüvvələri İran rejiminin güc nümayiş etdirmək qabiliyyətini sarsıdır".
“Əl-HadatH" telekanalı bildirib ki, İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhəri yaxınlığında bir neçə ABŞ helikopterinin hücumunu dəf edərkən İranın hava hücumundan müdafiə qüvvələrinin dörd zabiti həlak olub.

Telekanalın məlumatına  görə, İsfahan yaxınlığında Amerika helikopterləri ilə baş verən toqquşmada İranın dörd hava hücumundan müdafiə komandiri öldürülüb. 
Pentaqon bu xilasetmə planını tarixə düşəcək fövqəladə hərbi əməliyyat kimi qiymətləndirib.

Mürtəza

Seçilən
4
1
olke.az

2Mənbələr