AZ

Bakıdakı dəhşətli hadisə ilə bağlı ağrılı DETALLAR

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda ölümlə nəticələnən yol–nəqliyyat hadisəsinin təfərrüatları bilinib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, qəzaya səbəb olan sürücünün Bərdəyə toy mərasiminə getdiyi ortaya çıxıb.

Avtomobildə onun oğlu və daha bir azyaşlı olub. Hadisə zamanı uşaqlardan biri avtomobildən düşərək ərazidən uzaqlaşıb, digəri isə nəqliyyat vasitəsində qalıb.

Qəza nəticəsində həyatını itirən qadın yol kənarındakı ağaca sıxılmış vəziyyətdə tapılıb. Ətrafdakı market əməkdaşlarının köməyilə çıxarılıb.

Onun ailənin yeganə qızı olduğu bildirilir.

Qəza xəbərini eşidən ananın ürəyi dayanaraq vəfat edib.

Qeyd edək ki, hadisə aprelin 3-də Xətai rayonunun Mingəçevir küçəsində qeydə alınıb. Övladını məktəbə aparan qadın qayıdan zaman faciəvi şəkildə ölüb.

Hadisəyə səbəb yol kənarında dayanmış “Lada 015” markalı avtomobilin əl əyləcinin açılması olub. Qadının başı asfalta çırpıldığından yerindəcə vəfat edib.

Ləman İmran 

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr