ain.az bildirir, GlobalInfo portalına istinadən.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta İran prezidenti Məsud Pezeşkiana zəng edərək Tehranı ABŞ və İsrailin hücumlarına qarşı qisas almağı dayandırmağa, Hörmüz boğazında gəmiçiliyi bərpa etməyə, danışıqlara başlamağa çağırıb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, A.Koşta bu barədə “X” sosial media hesabında yazıb.
“Prezident Pezeşkianla telefon danışığımda vurğuladım ki, Aİ İranı regiondakı ölkələrə hücumları dərhal dayandırmağa və Hörmüz boğazında naviqasiya azadlığını bərpa etməyə çağırır. Gərginliyin artması atəşkəsə və sülhə gətirib çıxarmayacaq. Bunu yalnız danışıqlar edə bilər”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.