AZ

Birgə maliyyələşmə proqramı üzrə 5 mindən çox şəxsin məşğulluğu təmin edilib

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı mühüm aktiv məşğulluq proqramlarından biridir.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Cari ildə daha 400 şəxs qeyd edilən proqram çərçivəsində işlə təmin edilib. Bu məqsədlə 95 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.

2021-ci ildə icrasına başlanan birgə maliyyələşmə proqramı ötən dövrdə ümumilikdə 5000-dən çox şəxsin məşğulluğunun təminatına imkan verib.

Bu proqram üzrə məşğulluğu təmin edilmiş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənilir.

Seçilən
4
2
turkic.world

3Mənbələr