AZ

Kollektor üzərində tikilən ev: Açıq-aşkar qanun pozuntusu

Ötən gün Keşlə qəsəbəsində bəzi evlər subasmaya məruz qalıb. Daha sonra məlum olub ki, subasmaya səbəb kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub və həmin ev sökülüb.

Bəs kollektor üzərində ev tikilməsi nə dərəcədə qanuna uyğundur?

Əmlak eksperti Elnur Azadov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu, ciddi bir haldır:

"Hadisə nəticəsində xeyli vətəndaşlara ziyan dəyib. Aidiyyəti dövlət qurumları həmin kollektora müdaxilə edə bilməyiblər. Bu səbəbdən də ərazini ciddi şəkildə yağıntı suları basıb və çox böyük problem yaranıb. Çıxılmaz vəziyyət yarandığına görə həmin evin sökülməsi qərarı verilib. İndi biz bilmirik həmin evin kompensasiyası verilib, verilməyib, nə kimi bir razılaşma olub".

Evlərin

Həmsöhbətimiz bildirdi ki, ilk olaraq sənədləri olub-olmaması yoxlamaq lazımdır:

"Əgər sənədləri varsa, sözsüz ki, burada hansısa qurum bu boşluğu buraxıb, bunu araşdırmaq lazımdır. Məsələyə hansı aspektdən baxsan, qanun pozuntusu var".

Aytəkin TOFİQQIZI

Seçilən
32
redaktor.az

1Mənbələr