AZ

İranda Xameneinin qırx mərasimi keçiriləcək

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın mərhum Ali Lideri – fevralın 8-də ABŞ və İsrail tərəfindən həyata keçirilən hücum nəticəsində öldürülən Atətullah Seyid Əli Xameneinin vəfatının 40-cı günü ilə bağlı mərasim proqramı elan olunub.Modern.az xəbər verir ki, bu barədə İslam Təbligatlarının Koordinasiya Şurası məlumat yayıb.Şura bütün İran xalqını bu mərasimlərdə geniş şəkildə iştiraka dəvət edib.

Mərasimlərə sabahdan start veriləcək.Belə ki, sabah ölkənin hər yerində - məscidlərdə və meydanlarda matəm mərasimləri keçiriləcək.

Cümə axşamı Tehranda dini dəstələrin yürüşü təşkil olunacaq.

Cümə günü isə bütün ölkədə Quran oxunuşu, dualar, mərsiyələr və çıxışların daxil olduğu anım mərasimləri keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
modern.az

1Mənbələr