AZ

Güclü yağışlar Xəzərin səviyyəsinə təsir edəcək?

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəzər dənizində suyun çəkilməsi müşahidə olunurdu və bu məsələ ictimai müzakirələrin əsas mövzularından birinə çevrilmişdi. Lakin son günlər davam edən aramsız yağışlar fonunda dənizdə su səviyyəsinin dəyişə biləcəyi ilə bağlı yeni suallar yaranıb. Yağıntıların həcmi və davamlılığı fonunda Xəzərin səviyyəsinə mümkün təsirlər diqqət mərkəzinə düşüb.  Eyni zamanda, bölgədə hidrometeoroloji şəraitin dəyişməsi bu prosesin dinamikasına birbaşa təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Bu səbəbdən, yaxın günlərdə Xəzər dənizinin su səviyyəsində hər hansı artımın olub-olmayacağı əsas müzakirə mövzularından biri olaraq qalır.Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, martın sonunda və aprelin əvvəllərində baş verən yağışlar normadan dəfələrlə artıq olub və illik normanın təxminən 60–70, bəzən isə 80 faizinə qədərini təşkil edib:"Bu proses böyük fəsadlarla müşayiət olunur. Bu cür yağıntılar qrunt sularının səviyyəsini müəyyən qədər artıracaq və eyni zamanda çaylarda sululuğun artması Xəzər dənizinin səviyyəsinə də müəyyən təsir göstərə bilər. Yəni bu, geri çəkilməni tam dayandırmasa da, müəyyən qədər stabilləşmə yarada bilər.Müəyyən müsbət təsir olacaq, çünki Rusiyada su ehtiyatları ilə məşğul olan bəzi alimlər Xəzər dənizinin səviyyəsinin stabilləşdiyini qeyd edirlər. Bu baxımdan, yağıntıların intensivliyi nəticəsində belə bir vəziyyətin yaranması mümkündür".Ekspert deyib ki, uzun müddətdə bu cür yağışlar daha intensiv və davamlı, məsələn musson tipli olarsa, o zaman Xəzər dənizinin səviyyəsinin tam stabilləşdiyini demək olar:"Ancaq Azərbaycan arid və yarımarid iqlim qurşağında yerləşdiyinə görə, xüsusilə Bakı-Abşeron yarımadası və Xəzəryanı ərazilərdə bu cür intensiv yağıntılar nadir hallarda müşahidə olunur"- deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
demokrat.az

1Mənbələr