AZ

"Qarabağ"la "Karvan”"la üz-üzə gəlir - CANLI YAYIM

Misli Premyer Liqasında XXVI turun daha bir oyunu bu gün keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.

Tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.

"Qarabağ" – "Karvan-Yevlax" 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Emin Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Seçilən
28
sportinfo.az

1Mənbələr