AZ

Rusiya neftinin Slovakiyaya tədarükü bərpa edilib?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı üzvü Slovakiyanın Baş naziri Robert Fiko, Avropa İttifaqı ölkələrini enerji böhranına kifayət qədər reaksiya verməməkdə ittiham edib.

"Cebheinfo.az" xəbər verir ki, Fiko Aİ rəhbərliyini Rusiyadan qaz və neft idxalını qadağan edən "mənasız sanksiyaları" ləğv etməyə çağırıb.

Fiko sosial media platforması "X" üzərindən etdiyi açıqlamada: 

"Sağlam düşüncəyə qayıdışdan başqa bir şey istəmirəm. Bütün Aİ və xüsusilə Avropa Komissiyası, enerji təhlükəsizliyi məsələsində getdikcə daha çox bir intihar gəmisi xatırladır", - ifadələrini işlədib.

Slovakiya Baş naziri Aİ ölkələrinin neft və qaz ehtiyatlarını doldura bilməsi üçün Rusiya ilə dialoqun dərhal yenidən başladılması çağırışını edib.

Fiko həmçinin Brüsselin "Ukraynadakı müharibəni sürətlə sona çatdırmaq üçün bir təşəbbüs başlatması" və "Drujba" (Dostluq) neft kəmərindəki tədarükləri yenidən təmin etmək üçün addımlar atmalı olduğunu bildirib.

Dünya yanacaq bazarındakı vəziyyət ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatdan sonra daha da mürəkkəbləşib. Hörmüz boğazının faktiki olaraq bloklanması dünya enerji qiymətlərində artımı və tədarükdə fasilələri tətikləyib.

ABŞ 12 martdan əvvəl gəmilərə yüklənən Rusiya nefti və neft məhsullarının satışına icazə verib. Lakin Macarıstan və Slovakiya, Rusiya ilə Ukrayna arasındakı münaqişələr səbəbindən "Drujba" kəmərində tranzitin dayanması ilə birlikdə yanvar ayının sonundan bəri neft tədarükündə fasilələrlə üzləşib.

Fikonun bu sərt çıxışı Avropa daxilində enerji siyasətlərinə qarşı artan narazılığın bir təzahürü kimi qiymətləndirilir.

Xüsusilə Rusiya enerjisindən daha çox asılı olan Mərkəzi və Şərqi Avropa ölkələri yaşıl transformasiya və sanksiyaların səbəb olduğu iqtisadi yük mövzusunda Brüssel ilə tez-tez qarşı-qarşıya gəlir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr