AZ

İnfluencerlər yanlış məhsul tanıtsa, məsuliyyət daşıyırlarmı? Hüquqşünas

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Müasir texnoloji dünyada reklamın müxtəlif formaları olur ki, bunlardan hazırda elə ən geniş yayılmışı influencerlərin reklamıdır.

Eyni zamanda bu məsələ əksər hallarda istehlakçıların qınağına da səbəb olur.

Çünki bəzən influencerlər yanlış, yaxşı olmayan məhsulları tanıdırlar.

Maraqlıdır, influencerlər yanlış məhsul tanıtsa, məsuliyyət daşıyırmı?

Bu barədə hüquqşünas Şamil PaşayevGununsesi.info-ya danışıb.

O bildirib ki, əgəe influencer məhsulu reklam edirsə, o artıq sadəcə “şəxsi fikir bildirən şəxs” deyil, reklam subyekti sayılır. Bu halda yanlış, şişirdilmiş və ya sübut olunmayan iddialar aldadıcı reklamhesab olunur. Reklam olduğu gizlədilirsə, istehlakçının aldatması kimi qiymətləndirilir. Bu kimi hallar Azərbaycan qanunvericiliyində (xüsusilə “Reklam haqqında” qanun) inzibati məsuliyyət yarada bilər. Digər tərəfdən, əgər influencerin tanıtdığı məhsul sağlamlığa zərər verərsə, keyfiyyətsiz çıxarsa və ya istehlakçı maddi zərər görərsə onda zərərçəkmiş şəxs həm satıcıya həm də influencerə qarşı iddia qaldıra bilər. Burada əsas məsələ influencerin məhsul barədə bilərəkdən yanlış məlumat verib-verməməsidir.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr