AZ

II Liqa:"Ağdaş"dan inamlı qələbə, "Araz Saatlı" darmadağına sevindi

Bu gün Azərbaycan II Liqasında XXI tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Göygöl" ilə "Ağdaş" münasibətlərinə aydınlıq gətiriblər. Qonaqlar inamlı qələbə qazanıblar.

Yarım saat sonra bölgə təmsilçilərinin iştirakı ilə daha bir görüş başlayıb. “Araz Saatlı” “Ağstafa Gəncləri”ni üstələyib.

Azərbaycan II Liqası
XXI tur 
6 aprel 

“Göygöl” – “Ağdaş” 0:2

Qollar: E.Süleymanov, 18,39.
Hakimlər: Rasim Musayev, Taleh Məmmədov, Rəşad Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.

“Araz Saatlı” – “Ağstafa Gəncləri” 7:1

Qol: X.Bədirov, 90. R.Rüstəmov, 48. M.Məsimov, 54,68. N.Səmədov, 75. E.Xəlilli, 77. - K.Hüseynov, 81.
Hakimlər: Səbuhi Bayramov, Məmmədəli Kərimov, Əkbər Əliyev, Vüqar Alıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

Seçilən
21
fanat.az

1Mənbələr